MƏLUMAT MƏRKƏZI TƏRƏFDAŞLIQ VAKANSIYA
AQROKOMPLEKS MÜƏSSISƏ ETALONU KIMI
DAMAZLIQ HEYVANLARININ SAYININ ARTIRILMASI
YÜKSƏK KEYFIYYƏTLI TƏBII MƏHSULLAR
ÖLKƏNIN
YEM BAZASI
Aqrar sahədə fəaliyyət - adi kommersiya fəaliyyətindən daha geniş bir anlayışdır. Aqrar sənayedə canlı insanlar, canlı təbiətlə əlaqəli şəkildə canlı məhsullar istehsal edirlər.
Aqrar sənaye - əsasında dövlətin fundamental özülü qurulan və bütöv bir xalqın həyat səviyyəsini təmin edən amildir. Bu sahədə çalışaraq millətin gələcəyi üçün məsuliyyət hissi keçirməmək mümkün deyil. Əldə etməyə çalışdığımız nailiyyəti yalnız gözlənilən mənfəətlə ölçmək, əlbəttə düzgün olmazdı.
Loading the page...
AQROKOMPLEKS QƏBƏLƏNIN VIDEO TƏQDIMATI
LAYIHƏ HAQQINDA
«Aqro Kompleks Qəbələ» MMC - nin konsepsiyasını, tikintisi üzrə vaxtı və əsas prioritetləri Dövlət başçısının şəxsi tapşırığı ilə müəyyən edilmişdir.
«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» baxımından müəssisə dövlət əhəmiyyətinə malikdir. Aqrokompleksin tikintisinə 2012-ci ilin aprel ayında başlanılmışdır. Ötən müddət ərzində müəssisə irimiqyaslı və çoxfunksiyalı obyektə çevrilmiş vəaqrar sənaye sahəsində etalon aqrokompleks rolunda çıxış etməyə hazırdır. Gələcəyin aqrokompleksi rolunda.
AQROKOMPLEKS QƏBƏLƏNIN RƏSMI AÇILIŞI
TƏRƏQQI
QƏBƏLƏ aqrokompleksinin unikallılığı - burada olan insanlardır. Əzmkar və istedadlı, aqrokompleksin gələcəyini qurmaqla özlərinin və öz Vətəninin gələcəyini quran insanlar.
Müəssisənin intellektual varlığının əsasını yüksək ixtisaslı peşəkarlar təşkil edir. Bunlardan hər birinin fərdi tərəqqisi gənclərin öyrədilməsində maksimum bilik və təcrübəni cəmləşdirərək istiqamətləndirməyə imkan yaradır. QƏBƏLƏ aqrokompleksində daimi əsaslarla tələbələr və ali məktəb məzunları üçün istehsal təcrübəsi keçirilir. Konfrans-mərkəz, ət-süd sənayesi mütəxəssisləri üçün seminar və konfransların keçirildiyi məkana çevrilmişdir.
XAMMAL BAZASI
Aqrar sahənin flaqmanına çevrilmək kimi möhtəşəm plan qurarkən müəssisənin asılılığını minumuma endirmək barədə ciddi fikirləşmək lazım gəlir. Xammal siyasəti - hər bir istehsalın həlledici faktorlarındandır.
Heyvanların yemlə təminatı üçün lazım olan bütün yem bitkiləri kompleksin öz sahələrində yetişdirilir. Ərazinin iqlimi yem bitkilərinin məhsulunun ildə bir neçə dəfə yığılmasına, biçilməsinə imkan verir. Mövcud ot-saman anbarları, silos quyuları sistemi mövsümdən asılı olmayaraq daim heyvanları tam tərkibli yemlə təmin etməyə imkan verir.
HEYVANDARLIQ
Aqrokompleksin əsas resursu - inəklərdir. Odur ki, inəklər daim ən ciddi diqqət altındadır. İnəklərin sağlamlıq və məhsuldarlıq göstəriciləri bütün kompleksin fəaliyyətinin uğurundan xəbər verir.
Müəssisənin mütəxəssisləri tərəfindən inəklərin cinsi, uzun müddətli perspektivi nəzərə alaraq seçilmişdir. Bu seçim zamanı aqrokompleks qarşısında çox yüksək məqsəd: ətlik-südlük təsərrüfatda məhsularlıq norması barədə mövcud təsəvvürləri tam dəyişərək ölkədə ən yüksək göstəricilərə malik cins mal yetişdirən bir mərkəzə çevrilmək məqsədi dayanmışdır. Simmental cinsli inəklər İsveçrədə yetişdirilib. Əsas xüsusiyyəti - həm südün, həm də ətin məhsuldarlığı üzrə yüksək göstəricilərə malik olmasıdır.
MƏHSUL

Vaxt gələcək «Aqro Kompleks Qəbələ»-də başladığımız bu böyük işdə bizi övladlarımız əvəz edəcək. Artıq bu gün biz bilirik ki, onlar sağlam və güclü insanlar olacaqlar. Ona görə ki, onlar uşaq yaşlarından əsl təbii südün, pendirin, ayranın dadını bilirlər... Biz işimizi fərəhlə görürük. Biznesdən daha böyük işimizi...
Nəyin naminə hər gün gərgin əmək sərf edərək «Aqro Kompleks Qəbələ» - nin daha böyük və güclü olmasına çalışırıq? Ölkəmizin və xalqımızın layiqli gələcəyi naminə.
ANA XƏBƏR
AQROKOMPLEKS QƏBƏLƏNIN RƏSMI AÇILIŞI
MƏLUMAT MƏRKƏZI
XƏBƏRLƏR VƏ NƏŞRLƏR MÜSAHIBƏ FOTOREPORTAJLAR VƏ VIDEOLAR
Məxfilik siyasəti